Fərid Şahbazlı: “Artıq üç ildir ki, birliyimiz bu yöndə kampaniyalara qoşulub” AÇIQLAMA
"Türkiyəyə səfər çərçivəsində bir sıra universitetlərdə ölkənin tanınmış elm adamlarının, ictimai-siyasi xadimlərinin iştirakı ilə Xocalıya Ədalət adı altında konfranslar, İstanbulun mərkəzi yerlərində təbliğat aksiyalarını nəzərdə tutmuşuq". Bu fikirləri SİA-ya "İslahatçı Gənclər" İctimai Birliyinin(İGİB) 20-27 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutacaq "Xocalıya Ədalət" həftəsindən bəhs edərkən deyib.
Birliyin sədri Fərid Şahbazlı qeyd edib ki, Türkiyənin nüfuzlu televizya və mətbu orqanlarında Xocalı ilə bağlı çıxışlarımız da yer alacaq: "Eyni zamanda Xocalı faciəsinin dəhşətlərini yaşayan insanların da qatılacağı tədbirlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada həyata keçirilən tədbirlərin bir hissəsi kimi həyata keçiriləcək. Artıq üç ildir ki, birliyimiz bu yöndə kampaniyalara qoşulub".
İstanbul Türk Ocağı Gənclik Qolları başqanı Mustafa Oğuz Yavaşça isə öz növbəsində qeyd edib ki, onlar Xocalıda qardaş Azərbaycan xalqının başına gətirilən faciəni kəskin şəkildə pisləyir və bu cinayətin türk gəncliyinə daha dəqiq və geniş formada çatdırılması üçün əllərindən gələni edirlər: "Qardaş Azərbaycanın dərdi bizim də dərdimizdir. Xocalı həqiqətlərinin Türkiyə ictimaiyyətinə, həmçinin dünya birliyinə çatdırılması üçün İstanbulda Azərbaycandakı tərəfdaşımız olan "İslahatçı Gənclər" İctimai Birliyi ilə birgə "Xocalıya Ədalət" həftəsi gerçəkləşdirirməyi özümüzə borc bilirik. Düşünürəm ki, Xocalı soyqrımının dəhşətlərinin göstərilməsinə Türkiyədə daha çox ehtiyac var".
Qeyd edək ki, İstanbulda keçiriləcək "Xocalıya Ədalət" həftəsinə azərbaycanlı millət vəkilləri, QHT sədrləri, sənətçilər də qatılacaqlar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB