Elman Nəsirli: “Ermənistan tərəfi öz mövqeyindən geri çəkiləsi deyil” AÇIQLAMA
"Hesab edirəm ki, ancaq Ermənistanın anladığı dildə danışmaq daha düzgündür. Çünki işğalçı ölkə hümanizm prinsiplərini qəbul etmir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Azərbaycan tərəfindən əsirlikdə saxlanılan erməni əsgəri Baqdasaryan Arsen Eduardoviçlə Ermənistan tərəfindən girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi məsələsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Ermənistan dövləti və onu idarə edən şəxslər üçün bu prinsiplər yaddır: "Onlar öz davranışında kriminal elementlər kimi çıxış edirlər. Çünki Ermənistanı idarə edən birinci şəxsin özü kriminal mühitdən gəlib və terrorçu, narkobaron kimi məşhurdur. Belə olan təqdirdə hesab edirəm ki, işğalçı ölkə ilə danışıqlar prosesində bütün demokratik, hümanist prinsiplər işləmir. Bu mənada düşünürəm ki, Azərbaycan tərəfindən saxlanılan erməni əsgərindən bu baxımdan istifadə etmək olar. Yəni Azərbaycanlı girovların geri qaytarılması ilə erməni əsgərinin geri qaytarılmasını prinsip etibarilə reallaşdırmaq olar. Eyni zamanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ermənistana səfəri zamanı da bu məsələni qaldıracağını və girovlarımızın geri qaytarılması istiqamətində çalışacağını bildirib. Hesab edirəm ki, bu amili və Azərbaycanlı, erməni əsirlərin olması reallığını nəzərə alsaq erməni əsirlə girovlarımızı dəyişmək mümkündür. Düşünürəm ki, bu məqam xüsusi əhəmiyyət kəsb edir. Əks halda Ermənistan tərəfi öz mövqeyindən geri çəkiləsi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB