Fevralın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Vexi qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya Respublikası Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycandakı hərbi attaşesi polkovnik Kurt Radner iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB