Elşən Musayev: “Burada təəccüblü heç nə yoxdur” MÜNASİBƏT

Elşən Musayev: “Burada təəccüblü heç nə yoxdur” MÜNASİBƏT

"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın müxalifət təmsilçilərini növbəti dəfə "ofsayd" vəziyyətində qoyması məncə radikal müxalifətə olan dırnaqarası hörmətin ən bariz nümunəsi idi". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev deyib.

E. Musayev deyib ki, burada təəccüblü heç nə yoxdur: "Çünki istənilən dövlətin nümayəndə heyəti digər bir ölkəyə səfər edərkən öncədən protokol tərtib edilir. Zaman bölgüsü aparılır. Güman ki, adamlar müxalifətimizlə bağlı məqama gələndə çox düşünməyiblər. Yəni, mənasız adamlarla mənasız müzakirələrə ehtiyac görməyiblər. Vəssalam".

"Ən qəribəsi isə bilirsinizmi nə idi? – Nulandın protokol xətrinə də olsa, radikal müxalifət təmsilçiləri ilə maraqlanmaması. Bu isə o deməkdir ki, Əli Kərimli və "Azadlıq" qəzetinin aylardır Amerikanın şəninə söylədiyi təriflər, qaldırdığı "tost"lar hədər gedib. Həm də seçki öncəsi".

Bütün xəbərlər Facebook səhifəmizdə