ABŞ rəsmisi: "Azərbaycanlı girovlar qaytarılmalıdır"

ABŞ rəsmisi: "Azərbaycanlı girovlar qaytarılmalıdır"

"Ermənistanda saxlanılan azərbaycanlı girovlar qaytarılmalıdırlar". SİA-nın xəbərinə görə, bu sözləri bunu çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

O bildirib ki, bu, humanitar addım kimi həyata keçirilməlidir: "Mən bu nöqteyi-nəzəri sabah Yerevanda səsləndirəcəyəm".

Nulanda həmçinin qeyd edib ki, ABŞ son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır: "Biz zorakılığa son qoyulmasının istərdik, biz tərəflərin masa arxasına qayıtmasını istəyirik. Biz bu prosesi dəstəkləmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə