Dünən axşam saatlarında "Çiçəklənən Ermənistan" partiyasının lideri, biznesmen oliqarx Qagik Sarukyanın ən yaxın adamlarından biri kimi tanınan Nor-Nork ofisinin rəhbəri, Artur Mamoyan qanunsuz silah saxlamaqda şübhəli bilinərək həbs edilib. SİA xəbər verir ki, bu barədə "azatutyun" radiosu məlumat yayıb.
Ermənistanın ictimai polisinin rəisi Aşot Aqaronyan partiya rəhbərliyinin sözügedən həbsin siyasi məqsəd daşıması haqqında iddialarını rədd edərək bildirib ki, Mamoyanın saxlanılması onun qanunsuz silah saxlaması ilə bağlıdır.
Qeyd edək ki, fevralın 12-də Ermənistanın prezidenti Serj Sarkisyan keçirdiyi müşavirədə Qagik Sarukyanın fəaliyyətini ölkə üçün təhlükəli adlandırıb və onun biznes fəaliyyətinin araşdırılması üçün öz nazirlərinə tapşırıqlar verib. Qagik Sarukyan isə Sarkisyanın həmin çıxışından sonra ona və ətrafına qarşı repressiyaların başladılacağını istisna etməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB