Aydın Mirzəzadə: “Azərbaycan–Rusiya münasibətləri nümunə olaraq göstərilir” AÇIQLAMA
"Prinsipçə dünyada hansı hadisələrin baş verməsindən asılı olmayaraq Azərbaycan – Rusiya münasibətləri həmişə stabil olub". Bunu SİA-ya açıqlamasında Millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiyanın regionda ən yaxın müttəfiqi kimi görünsə də, AŞPA-da Rusiya nümayəndə heyətinin səsinin alınması məsələsi qoyularkən Ermənistanın 4 deputatından sadəcə birinin buna qarşı çıxması ermənilərin necə bir "dost" olduğunun ifadəsidir: "Hər iki dövlət bir-birinin milli maraqlarına hörmətlə yanaşıblar. Konfliktsiz və problemsiz qarşılıqlı münasibətlər qurmağa çalışıblar və ümumən də buna nail ola biliblər. Dəfələrlə Rusiya rəsmiləri ilə görüşülsə də, onlar heç bir zaman Azərbaycanla ciddi problemlər yaşamadıqlarını bildiriblər. Bu münasibətləri digər respublikalarla münasibətdə hətta nümunə kimi göstərirlər. Bəzən belə bir təəssürat yaranırdı ki, Rusiyanın ən yaxın müttəfiqi Ermənistandır. Ancaq AŞPA-dan Rusiya nümayəndə heyətinin səsinin alınması məsələsi qoyulanda Ermənistanın 4 deputatından ancaq biri bunun saxlanmasının lehinə səs verdi. Yəni, göründüyü kimi Rusiyanın digər respublikalarla həmişə problemi olub".
Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycanla Rusiya arasında 22 illik sıx münasibətlər var. Ümumilli lider Heydər Əliyev və günümüzdə cənab prezident İlham Əliyev Rusiya – Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirir. Rusiyanın Azərbaycanı Qarabağ məsələsində dəstəkləməsi isə göz qabağındadır: "Azərbaycanla bağlı məsələyə gəldikdə isə, bu münasibətlərin artıq 1993-cü ildən bəri 22 illik tarixi var. Həm Ümumilli lider Heydər Əliyevin dövründə, həm də indiki prezident cənab İlham Əliyevin öndərliyində Rusiya ilə konspektiv münasibətlər var. Bunu Rusiya rəhbərləri də görür və şübhəsiz ki,buna böyük qiymət verirlər. Rusiya rəsmilərinin vaxtaşırı Azərbaycana səfərləri də bu münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxarır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu məsələdə Ukraynanın yanındadır. Amma hesab edirik ki, Rusiya ilə münasibətləri genişləndirməklə, Rusiya ilə yaxın qonşuluq münasibətləri saxlamaqla bir çox məsələləri həll etmək olar. Qarabağ məsələsinə gəldikdə isə, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi göz qarşısındadır. Rusiya həmsədrlərdən biridir və müəyyən fəaliyyət göstərir. Ötən ilin Avqust ayında Vladimir Putinin təşəbbüsü ilə Soçidə prezidentlərin görüşü keçirildi. Əgər Rusiyanın Qarabağla bağlı yeni konstruktiv Azərbaycanın ərazi bütövlüyünü təmini ilə bağlı təkliflər olacaqsa, əlbəttə ki bu Rusiyanın səmimiyyətini göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB