"Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Sarukyanla, Ermənistan prezidenti Serj Sarkisyan arasında baş verən qarşıdurma hakim "Respublikaçılar" partiyasına heç bir səmərə verməyəcək". SİA xəbər verir ki, bu barədə "armtoday" saytı "Xalq Partiyası"nın lideri Tiqran Karapetyanın keçirdiyi mətbuat konfransında açıqladığı fikirlərini şərh edərkən yazıb.
Karapetyan bəyan edib ki, fevralın 20-də xalq ölkədaxili proseslərə münasibətini bildirəndə bu, bir daha öz təsdiqini tapacaq. Erməni siyasətçisinin fikrincə, Sarkisyanın Sarukyana qarşı təhdid dili ilə danışması ona görə baş verib ki, qarşı tərəf müxalifət liderinin ona nə qədər təhlükə yaratdığını yaxşı anlayır: "Çünki Sarukyan elə bir şəxsdir ki, erməni xalqını və bir sıra siyasi partiyaları özü ətrafında toplamağı bacarıb. Bu baxımdan, "Çiçəklənən Ermənistan" partiyası hakim respublikaçılara təhlükə kimi qiymətləndirilir".
Xatırladaq ki, fevralın 20-də Ermənistanda ümumxalq etiraz aksiyalarına başlanılır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB