"Bu gün mətbuatda Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkədəki ali məktəblərimizin reytinq siyahısını elan edib. Siyahlı qəbul imtahanlarının nəticələri əsasında abituriyentlərin orta ballarına görə müəyyənləşdirilib. İlk onluğa hansı universitetlərin düşəcəyi əvvəldən də təxmini məlum idi. Cəmiyyətdə həmin ali məktəblər reytinqli sayılır və oradakı ixtisaslar və tədrisin keyfiyyəti yüksək qiymətləndirilirdi". Bunu SİA-ya YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, çox əhəmiyyətlidir ki, həm bu faktorlar, həm də cəmiyyətin həll etdiyi prioritet məsələlər, məhz həmin universitetlərin birinciliyində özünü göstərir: "Zaman-zaman ilk onluqdakı siyahı dəyişə biləcək, birincilik uğrunda mübarizə daha da kəskinləşəcək. Ümumilikdə isə qazanan Azərbaycan cəmiyyəti və müstəqil dövlətimiz olacaq. Bu gün neft sektoru, modern idarəçilik və xarici siyasət, səhiyyəmiz, iqtisadiyyat xüsusi diqqətdə olan məsələlərimizdir. Tələbələrin bu universitetlərimizdə qazandıqları biliklər cəmiyyətimizi daha da qabağa aparmağa kömək edəcək".
A.Mirzəzadə deyib ki, gənclərimizin də bilik səviyyələri kifayət qədər yüksəkdir, bunu mən reytinq cədvəlində ikinci yerdə qərarlaşmış Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs dediyim qruplardakı tələbələrin dərin biliklərindən də hiss edirəm: "Xüsusi olaraq diqqətimi reytinq cədvəinin ilk onluğunda yeganə əyalət ali məktəbi Naxçıvan Dövlər Universitetinin olması oldu. Bunun özü əyalət universitetlərinin perspektivliyini və orada çalışan alimlərimizin fədakarlığını və məsuliyyətini göstərir. Həmin universitetdə cəmi bir dəfə, 2007-ci ildə olsam da, tədrisin yüksək təşkli o zamandan diqqəti cəlb edirdi. Reytinq cədvəli favoritləri göstərdi. O siyahıya düşmək uğrunda daha da əzmlə çalışmaq lazımdır. Bütün ali məktəblərimizin buna potensialı var, hamısına cəmiyyətimizin böyük ehtiyacı vardır. Universitet potensialı istənilən ölkənin inkişafının əsas göstərilicilərindən biri hesab edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB