"Ermənistan parlamentində fraksiyalarda təmsil olunan üç müxalifət təşkilatı – "Çiçəklənən Ermənistan", "İrs" partiyaları və "Ermənistan milli konqresi" qanunun bütün tələblərinə cavab olaraq, müvafiq dövlət strukturlarını fevralın 20-də saat 16:00-da keçirəcəyi kütləvi aksiya barədə xəbərdar edib". SİA erməni mətbuatna istinadən xəbər verir ki, bu barədə "Çiçəklənən Ermənistan" partiyasından olan fraksiyaçı deputat Vaqe Enfiadcyan bəya edib.
O, aksiyada irəli sürülən tələbləri və şüarları da açıqlayıb: "Biz inanırıq ki, artıq "emiqrasiyaya yox!", "səfilliyə yox!", "xalqın aldadılmasına yox!" şüarlarının səsləndirilməsi zamanıdır. Biz çağırış edirik ki, gələcək fəaliyyətimiz barədə xalq da məlumatlı olsun. Fevralın 20-də isə xalq öz qərarını bəyan edəcək. Xalq necə qərar verəcəksə, elə də olacaq".
Qeyd edək ki, erməni müxalifətinin kütləvi aksiyalara başlamaq üçün etdiyi müraciətinə Ermənistanın hakim dairələri tərəfindən hələ də cavab verilməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB