Elmar Məmmədyarov: “Erməni hərbiçiləri öz yerlərinə qayıtmalıdırlar” MÜNASİBƏT

Elmar Məmmədyarov: “Erməni hərbiçiləri öz yerlərinə qayıtmalıdırlar” MÜNASİBƏT

"Ümumiyyətlə, bu məsələdə Azərbaycanın mövqeyi bəllidir. Bizim dəfələrlə həmsədrlərə ciddi danışıqların aparılması ilə bağlı təkliflərimiz olub". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Ceyms Uorlikin öz "twitter" səhifəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi danışıqlara başlanılmalıdır fikrinə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, 6 bənddən ibarət Madrid Pinsipləri mövcuddur: "Məhz bu prinsipə əsasən biz başlıca olaraq Böyük Sülh Sazişi üzərində işə başlamalıyıq. Hətta Fransa prezidenti Fransua Olland da öz açıqlamasında bildirdi ki, artıq vaxt yetişib və həmsədrlərlə birlikdə Ermənistan-Azərbaycan Sülh Sazişinin mətni üzərində öz işinə başlanılmalıdır. Çünki bu, ciddi danışıqlardır. Yoxsa hər dəfə atəşkəsin pozulub-pozulmaması ilə bağlı yayılan bəyanatlar düzgün deyil. Bu mənada hesab edirəm ki, ciddi danışıqlar başlanılmalıdır ki, sülh tam şəkildə bərpa olunsun. İlk növbədə, erməni hərbiçiləri, əsgərləri öz yerlərinə qayıtmalıdırlar. Hətta cənab Prezident İlham Əliyev öz açıqlamasında söyləmişdi ki, erməni əsgəri ölmək istəmirsə, onun Ağdam ərazisində nə işi var. Biz Böyük Sülh Sazişi üzərində işlərimizi davam etdirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə