"Əli Kərimlini həm yaxından tanıyan bir insan kimi, həm də əmisi oğlu kimi deyə bilərəm ki, ölkəmizdə gedən proseslərə qarşı qısqanclıq artıq onun imicinə çevrilib". Bu fikirləri SİA-ya "Azərbaycan fermeri" qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimov qarşı tərəfin dövlət və xalq əleyhinə fəaliyyətinə münasibətini bildirərkən deyib.
Nuhəli Kərimov qeyd edib ki, dövlətimizin istər müxalifətə, istərsə də iqtidara yaratdığı şəraitin qarşılığında hansısa mənfi rəy söyləmək olduqca yalnışdır: "Belə ki, dialoq istəyib amma iqtidar-müxalifət dialoqunda iştirak etməməsi bir daha onu göstərdi ki, Əli Kərimli təkcə öz istəyi ilə hərəkət etmir, kimlərsə tərəfindən idarə olunur. Əli Kərimli xüsusilə erməniçiliyə xidmət edən insanların alətinə çevrilib. Ona görə də, onun apardığı siyasətə nəinki mən, hətta bütün qohumları etiraz ediblər. AXCP sıralarında olan yüzlərlə qohumu bəyanat verərək partiyanı tərk etməklə, Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulublar. Hesab edirəm ki, Əli Kərimli və onun kimiləri dövlətimizin müstəqilliyinə, daxili, xarici siyasətinə zərbə vurmaqla məşğuldurlar".
Nuhəli Kərimov bir daha vurğulayıb ki, əslində, AXCP sədrinin etdiyi istənilən çağırışları xalq tərəfindən rədd edilir: "Şəxsi maraqlardan çıxış etdikləri üçün xalq onları dəstəkləmir, çağırışlarını qəbul etmir".
Nuhəli Kərimov son olaraq onu da bildirib ki, əslində onun əlində ictimaiyyətə məlum olmayan bir çox faktlar var: "Əgər AXCP sədri bu kimi fəaliyyətini davam etdirərsə, erməni maraqlarına xidmət göstərib bundan yararlanmağa yenə cəhd göstərərsə, bu zaman əlimdə olan bir çox faktları ictimai rəyə təqdim edəcəm".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB