Sahib Alıyev: “Ciddi danışıqlar üçün həmsədrlərin özləri ciddi olmalıdır”

Sahib Alıyev: “Ciddi danışıqlar üçün həmsədrlərin özləri ciddi olmalıdır”

Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin növbəti "Twitter" açıqlamasına münasibət bildirib. SİA-nın məlumatına görə, deputat özünün "Facebook" səhifəsində yazıb: "ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik Azərbaycanda "ciddi danışıqlar" olacağına ümid edir. Ciddi danışıqlar üçün birincisi, həmsədrlər özləri ciddi olmalı, ikincisi, danışıqlar xatirinə danışıqlar təşkil etmək mərəzindən əl çəkməli, üçüncüsü, Azərbaycanla Ermənistanı "tərəflər" yox, işğala məruz qalan və işğalçı adlandırmalı, ona uyğun olaraq da hərəkət etməlidirlər. Hələlik təəssüf ki, həmsədr ölkələrin hərəkətlərində Mitçel qanununun əlamətlərindən başqa heç nə nəzərə çarpmır".

Deputat Mitçel qanununun əlamətlərini də diqqətə çatdırıb: "Mitçel deyirdi ki, əgər bir problemi müşkülə çevirmək istəyirsənsə, onun həlli ilə bağlı çoxlu müzakirələr keçirmək lazımdır. Həmsədrlər 1994-cü il dekabrında ATƏM-in (o zaman ATƏT belə adlanırdı) Budapeştdə keçirilən Zirvə toplantısından, yəni həmsədrlik institutu təmsil ediləndən üzü bəri ancaq bununla məşğuldurlar. Uorlikin təbirincə desək, "ciddi danışıqlar" aparmaqla".

Bütün xəbərlər Facebook səhifəmizdə