Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, YAP-ın İdarə heyətinin üzvü Kərim Kərimov, Partiyanın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynabala Mirələmov və digərləri iştirak edir.
Toplantıda çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, bu müşavirədə ötən dövr ərzindəki fəaliyyətə qiymət veriləcək, qarşıda duran vəzifələr müəyyənləşdiriləcək, eləcə də YAP Gənclər Birliyinin konfransına və bu il ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, sonra YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi müşavirə mətbuatın iştirakı olmadan davam etdirilib.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB