Niyaməddin Orduxanlı: “Əli Kərimli üçün əsas meyar hakmiyyətə gəlməkdir” AÇIQLAMA
"Radikal müxalifət partiyalarının xarici donorlarla əməkdaşlıq etməsi bir gerçəklikdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı müxalifyönlü QHT-lərin milli donorlarla deyil, xarici donorlarla əməkdaşlıqda maraqlı olmasına münasibət bildirərkən deyib.
Sədr müavinin sözlərinə görə, xarici donorlarla əməkdaşlıq edilməsində radikal müxalifət, xüsusən də heç vaxt milli olmağı bacarmayan Əli Kərimli daha çox maraqlıdır: "Beynəlxalq təşkilatlar bu yolla onları maliyyələşdirir və özlərinin təsiri altına salır. Onlar nə zaman lazım olursa, bu qüvvələrdən Azərbaycanın əleyhinə, milli maraqlara qarşı, eləcə də Azərbaycan hakimiyyətinə qarşı istifadə edirlər. Əli Kərimli üçün əsas meyar hakmiyyətə gəlmək və hansı yolla olur-olsun pul qazanmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB