Vahid Əhmədov: “Cənub Qaz Dəhlizi layihəsinə ciddi problem yaratmaq istəyirlər”
"Son vaxtlar Türkiyə üzərindən Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinə ciddi problem yaratmaq istəyirlər". SİA-nın məlumatına görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Yunanıstanın energetika naziri Panayotis Lafazanisin qazın qiyməti və nəqli ilə bağlı iddialar irəli sürdüyünü xatırladan millət vəkili bildirib ki, bunlar hamısı bir ipin iki ucudur: "Rusiya "Cənub axını" layihəsi əsasında öz qazını Avropa bazarına çıxarmaq istəyir. Türkiyənin enerji naziri də ayda iki dəfə Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında da Rusiya tərəfindən açıqlamalar verilir. Müəyyən təzyiqlər göstərmək istəyirlər ki, Azərbaycan maksimum gec öz qazını Avropa bazarına çıxartsın. Amma cənab prezident İlham Əliyevin çevik siyasəti ilə buna qarşı ciddi addım atdı. Deputatlar xaricdə səfərdə olanda bu haqda da danışmalı və bildirməlidirlər ki, bu, Avropa üçün də əhəmiyyətlidir. Neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir".
V.Əhmədov vurğulayıb ki, Azərbaycan qazının Avropaya ixracı dövlətimizin müstəqilliyinin qarantıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB