Mehriban Əliyeva mükafat aldı

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının "Hilal-e Pakistan" ordeni ilə təltif olunub. SİA-nın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi xəbərə görə, Pakistan prezidenti Məmnun Hüseyn 11 fevral 2015-ci il tarixdə bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, "Hilal-e Pakistan" Pakistan İslam Respublikasının ali ordenidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Hilal-e Pakistan" ordeni ilə təltif olunan ilk birinci xanımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə