İqtidar-müxalifət dialoqunda fikir ayrılığı

Qüdrət Həsənquliyev: ““Milli Şura”dakılarla nə milli məsələ müzakirə olunacaq?”
İqtidar-müxalifət dialoqunda fikir ayrılığı

"Hesab edirəm ki, biz iqtidar-müxalifət dialoqu ilə demokratik prosesləri daha sürətlə irəli apara biləcəyik". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bu gün keçirilən iqtidar-müxalifət dialoqunun əhəmiyyətindən danışarkən deyib.

Partiya sədri görüş zamanı müzakirə olunan məsələlərdən də danışıb: "Görüş zamanı təklif olundu ki, bu dialoqa bütün fəal siyasi partiyalar cəlb olunsun. Ancaq bu məsələdə mənim xüsusi fikrim var. Hesab edirəm ki, ayrı-ayrı xarici güclərin əlində alətə çevrilmiş, xüsusilə də hər kəs tərəfindən bəlli olan və siyasi proseslərin özü ilə təsdiq olunmuş faktlara görə həmin partiya təmsilçiləri iqtidar-müxalifət dialoqunda iştirak edə bilməzlər. Məsələn, son prezident seçkiləri ərəfəsində Rusiyanın maraqlarına xidmət edən "Milli Şura" qurulmuşdu. Təklif etdim ki, bu qurumda təmsil olunan siyasi partiyalar bu tədbirə dəvət olunmasınlar. Ona görə ki, "Milli Şura"dakılarla nə milli məsələ müzakirə olunacaq? Onlar ayrı-ayrı dövlətlərin maraqlarından çıxış edirlər. Amma, çoxluğun fikri belə oldu ki, onlar da tədbirlərə dəvət olunsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə