Fazil Mustafa: “Bu görüşlər baş qatmaqdan başqa bir şey deyil” AÇIQLAMA
"Hesab edirəm ki, Belarusun paytaxtı Minskdə Ukrayna, Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kanslerinin iştirakı ilə "normand dördlüyü" formatında keçirilən sammitdə gözləntilərdən daha çox nəticələr ortada olmalıdır". Bunu SİA-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
Partiya sədrinin sözlərinə görə, təəssüf ki, "normand dördlüyü" formatında keçirilən sammitdə heç bir nəticə yoxdur: "Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyədək keçirilən görüşlər də işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi nəticəsində heç bir uğura nail olmaq mümkün olmayıb. Təəssüfləndirici haldır ki, hələ ki Ukrayna müharibə girdabına yuvarlanıb və Rusiyanın da atdığı addımlar bilavasitə ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilir. Məncə, beynəlxalq aləm daha fərqli təsiredici addımlar atmalıdır. Minsk görüşləri baş qatmaqdan başqa bir şey deyil. Çünki separatçılar özləri-özlərini idarə etmirlər, onlar birbaşa başqa qüvvələr tərəfindən idarə olunurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB