"Mərkəzi Seçki Komissiyası (MSK) yanvar ayının əvvəlindən məntəqə seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb və artıq proses başa çatıb". SİA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, hazırda dairə seçki komissiyalarında seçici siyahıları dəqiqləşdirilir.
M. Pənahov deyib ki, çalışmaq lazımdır ki, dünyasını dəyişmiş adamların adları seçici siyahılarında qalmasın: "Bəzən görürsən ki, seçki siyahısı dəqiqləşdiriləndən sonra hadisə baş verir, insan dünyasını dəyişir. Biz çalışmalıyıq ki, belə halda da sonradan seçici siyahılarını dəqiqləşdirək və dünyasını dəyişmiş adamların adları seçici siyahısında qalmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB