Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələyə baxılıb.
MSK katibi Arifə Muxtarova deyib ki, 23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları buraxılıb. Seçki Məcəlləsinin tələbinə görə həmin dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılmalıdır.
A. Muxtarova bu üç dairə seçki komissiyalarının yeni tərkibinin MSK-da parlamentdəki bitərəf, çoxluq və azlığın təmsilçiləri arasında razılaşdırıldığını bildirilib.
Daha sonra bu dairə seçki komissiyalarının üzvlüyünə namizədlər səsverməyə çıxarılıb və dairə seçki komissiyalarının yeni tərkibi təsdiqlənib.
MSK 111 saylı Zaqatala-Balakən Seçki Dairəsinin dairə seçki komissiyasının üzvlərindən birinin xahişi ilə onu komissiyanın üzvlüyündən azad edilməsi barədə məsələyə də baxıb. Məsələ səsverməyə çıxarılaraq, qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB