PA rəsmisi: "Azərbaycanda qeyri-şəffaf fəaliyyət göstərən QHT-lər var"

PA rəsmisi: "Azərbaycanda qeyri-şəffaf fəaliyyət göstərən QHT-lər var"

"Biz qeyi-hökumət təşkilatlarını qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik". SİA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var: "Bununla yanaşı, fəaliyyətlərində QHT-lər haqqında qanunvericiliyi rəhbər tutan QHT-lər, eyni zamanda sifarişlə işləyən QHT mövcuddur. Bizim təsnifat bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan hökuməti istəyir ki, ölkədə hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilatın fəaliyyətində qanunlara hörmət göstərilsin.

PA rəsmisi həmçinin əfv prosesi ilə bağlı sualı cavablandıraraq qeyd edib ki, əfv prosesi davamlı olacaq: "Əfv mütəmadi davam edən prosesdir, Əfv Komissiyası da mütəmadi fəaliyyət göstərən bir qurumdur. Əfv prosesi bundan sonra da davam edəcək".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə