Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu SİA-ya açıqlamasında iqtidar-müxalifət arasında baş tutan dialoqa münasibət bildirib. O qeyd edib ki, biz bundan sonra da iqtidar-müxalifət dialoqunda iştirak etmək niyyətindəyik: "Bu dialoqun baş tutması üçün biz müraciət etmişdik. Ona görə də niyə iştirak etməyək? Mən bu dialoqu normal qiymətləndirirəm".
AXCP və Müsavatın dialoqu tənqid etməsinə münasibət bildirən M. Mirəlioğlu onu da əlavə edib ki, onlar da bir işlə məşğul olmalıdırlar, ya yox?: "Onlar artıq bu sahədə ixtisaslaşıblar və tənqid üzrə mütəxəssis olublar. Qabaqlar ədəbi tənqid var idi. İndi də siyasi tənqid mövcud olub. Bu adamlar bütün işləri tənqid edirlər. Yağış yağır, tənqid edirlər, gün çıxır, tənqid edirlər, insanlar doğulur, ölür, tənqid edirlər. Bu da bu adamların xislətidir. Bundan sonra nə baş verirsə versin, AXCP və Müsavat öz ənənəvi xislətindən əl çəkən deyil. Dialoqda iştirak etmirsənsə etmə, ancaq iştirak edənləri də mənasız tənqid etmək başadüşülən deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB