Elşən Musayev: “Avropa məhkəməsinə ümid bağlamaq olmaz” RƏY

Elşən Musayev: “Avropa məhkəməsinə ümid bağlamaq olmaz” RƏY

"Avropa məhkəməsi hər zaman insan haqqlarından çox öz maraqlarını güdüb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.

Onun sözlərinə görə, son illərdə Avropa məhkəməsinin qərəzli qərarları bu təşkilatın fəaliyyətinin ikili standartlar çərçivəsində olduğunu sübut edir: "Avropa məhkəməsi hər zaman Avropanın və dünyanın fövqəl qüvvələrinin təqdimatlarına uyğun olaraq fəaliyyət göstərib. Ümumiyyətlə qərbdə olan bir çox insan haqqları məhkəmələrində Azərbaycan və azərbaycanlıların hüquqlarının qorunması hər zaman üçün 3-cü, 4-cü planda yer alıb. Biz bunu BMT-nin qətnamələrində də açıqca görə bilirik. Ümumiyyətlə azərbaycanlı girovlar 1 milyon qaçqının bir zərrəsi olaraq bu gün ön plana çıxır. Zamanında 1 milyon qaçqının acınacaqlı halına düzgün hüquqi qiymət verməyən Avropa məhkəməsindan hazırda kəlbəcərli girovlarla bağlı ədalətli qərar gözləmək sadəlövhlük olardı. Mənim fikrimcə girovlarla bağlı məsələdə Avropa məhkəməsinin qərarlarına ümid bağlamaq düzgün deyil. Heç şübhəsiz ki, Azərbaycan öz gücü və qüdrəti hesabına o girovları azad edəcək. Ümumiyyətlə ölkə başçısı cənab İlham Əliyev bu cür həssas məsələlərə çox ciddi yanaşır. Heç şübhəsiz ki, bu girovların taleyi də birbaşa cənab prezidentimizin nəzarətindədir və onların azad olunması üçün ölkə başçısı öz fərdi təşəbbüsündən və Azərbaycan dövlətinin gücündən, qüdrətindən istifadə edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə