Bu gün Azərbaycan Prezident Administrasiyasının təşəbbüsü ilə bir qrup müxalifət partiyalarının sədrləri ilə görüş keçirilir. SİA-nın məlumatına görə, görüşdə iqtidar tərəfdən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edib.
Müxalifət tərəfdən isə görüşdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Azərbaycan Vahid Kommunist Partiyasının sədrinin birinci müavini Musa Tükənov və Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov iştirak edir.
Hazırda görüş mətbuata qapalı şəkildə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB