Mais Səfərli: “Bu partiyalarda azad fikrə yer yoxdur” AÇIQLAMA

Mais Səfərli: “Bu partiyalarda azad fikrə yer yoxdur” AÇIQLAMA

"AXCP və Müsavat partiyaları əllərində demokratiya anlayışını bayraq tutsalar da, öz daxili işlərində demokratik şəkildə davranmırlar". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu partiyalar hər kəsdən demokratiya tələb etsə də, özlərində demokratizmdən əsər-əlamət yoxdur: "Bu partiyalar daxilində azad, sərbəst, fərqli fikrə yer yoxdur. Partiya daxilində kimsə fərqli mövqe nümayiş etdirsə ya həmin şəxsi cəzalandırırlar, ya da partiyadan qovurlar. Bu isə o deməkdir ki, bu partiyaların özündə demokratiya yoxdur. Həmin partiyaları nüfuzdan salan, zəiflədən, seçkilərdə məğlub olmalarına səbəb olan, məhz sıravi partiya üzvlərinin səsinin eşidilməməsidir. Odur ki, belə hallar AXCP və Müsavat partiyalarının iflasına gətirib çıxarır. Biz demokratik və hüquqi cəmiyyətdə yaşayırıq və Azərbaycan xalqının da bütövlükdə düşüncə tərzinə, mentallitetinə demokratiya anlayışı xasdır. Demokratiya bizim cəmiyyətin ən çox sevdiyi dəyərlərdəndir. AXCP və Müsavat kimi partiyalar da demokratiyadan uzaq düşdüklərinə görə, indiki vəziyyətə düşüblər".

Bütün xəbərlər Facebook səhifəmizdə