Möhsün Pakayin: “Səfər fevralın 16-da gerçəkləşdiriləcək” AÇIQLAMA

Möhsün Pakayin: “Səfər fevralın 16-da gerçəkləşdiriləcək” AÇIQLAMA

"İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi dəvəti ilə həyata keçirilir". SİA-nın məlumatına görə, bu sözləri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İran İslam inqilabının qələbəsinin 36-cı ildönümü münasibətilə təşkil edilən ziyafət zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü fevralın 16-da gerçkləşdiriləcək. Görüşdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək: "Səfər fevralın 16-da gerçəkləşdiriləcək. Səfərdə həm regional, həm də beynəlxalq məsələlər müzakirə olunacaq. Əminəm ki, bu görüşdə ikitərəfli əlaqələrin perspektivləri istiqamətində daha da geniş müzakirələr aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə