Səxavət Əlisoy: “Müsavatdakılar Arif Hacılının sayaqlamasını görüblər” AÇIQLAMA
"Hesab edirəm ki, Arif Hacılının "bizim missiyamız" adlı məqaləsində Qubad İbadoğlunu hakimiyyətə işləməkdə günahlandırması onun sayaqlamasından başqa bir şey deyil". Bunu SİA-ya "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının təşkilat komitəsinin üzvü Səxavət Əlisoy deyib.
ADR Hərəkatının təşkilat komitəsinin üzvünün sözlərinə görə, ümumiyyətlə hələ Arif Hacılı bilmir ki, Müsavat partiyasında olanlar artıq onun bu sayaqlamasını görüblər: "Bu şəxs partiyanın parçalanmasında çox ciddi rol oynayıb. Məhz A.Hacılıya görə, partiya bu vəziyyətə gəlib çıxıb. Bu insan özünü sığortalamaq üçün indi də başqalarına qarşı şər-böhtan atır. Çünki A.Hacılının xisləti bununla yoğrulub. Mən onun dediklərini səfeh fikirlərdən başqa bir şey adlandıra bilmərəm. Bir sözlə, bütün bunlar söz yığnağıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB