ABŞ Konqresi Xocalı soyqırımını müzakirə etsin! ŞƏRH

Hikmət Babaoğlu: “Hadisələri öz imperialist maraqları çərçivəsində qiymətləndirirlər”
ABŞ Konqresi Xocalı soyqırımını müzakirə etsin! ŞƏRH

"İnsan hüquqlarının müdafiəsi ilə bağlı ABŞ Konqresində dinləmələr keçirməyə zəruri ehtiyac varsa, o zaman Xocalı Soyqırımı, 20 Yanvar faciəsi ilə bağlı da Konqresdə bir dinləmə keçirsinlər. Belə olan halda Azərbaycan tərəfi bunu təqdir edər". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu fevral ayının 12-də ABŞ Konqresində Azərbaycanla bağlı keçiriləcək dinləmələrə münasibətini bildirərkən deyib.

Hikmət Babaoğlu təəssüflə qeyd edib ki, bu kimi dinləmələrdə qərəz və fərqli məsələlər gündəmə gətirilir: "Amma təəssüflər olsun ki, bəzi hallarda dünyanın gündəliyi manipulyasiya edilir. Yəni dünyanın gerçək gündəliyi, gerçək qiymət veriləsi məsələlər bir kənara atılaraq, fərqli məsələlər gündəmə gətirilir. Normal vəziyyətdə bu hal təəccüb doğurmaldır. Hər hansı bir müstəqil dövlət, məsələn ABŞ hansısa bir məsələ yaxud da hansısa bir ölkənin daxili işləri ilə bağlı proseslərə müdaxilə edirsə, orada qərəz məqsədi mövcud olur: "Əslində beynəlxalq münasibətlər sisteminin aktorları, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu cür hallara təəccüblənməlidirlər. Amma dünyanın siyasi reallığı ondan ibarətdir ki, bu gün bəzi ölkələr hegemon dövlətlərdir və onlar da dünyada baş verən siyasi, iqtisadi, qlobal prosesləri öz milli maraqları nöqteyi nəzəriyyəsindən izah etməyə çalışırlar, hadisələri öz imperialist maraqları çərçivəsində qiymətləndirirlər".

"Belə olan halda qəribə təzahürlər meydana çıxmış olur", - deyə qeyd edən politoloq onu da bildirib ki, ABŞ Konqresində keçiriləcək dinləmələri öncədən qiymətləndirmək tezdir: "Ancaq dinləmələrə dəvət olunan şəxslərin kimliyi artıq bizə bəzi ipucları verir ki, bu dinləmələrin hansı aspektdə keçirilməsinə münasibət bildirək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə