Mübariz Əhmədoğlu: “Təcili surətdə Ceyms Uorlik rədd edilməlidir” AÇIQLAMA
"Hesab edirəm ki, Ermənistana təyin olunan səfir Riçard Millzin əsas məqsədi işğalçı ölkənin sosial-iqtisadi inkişafını, firəvan yaşayışını təmin etməkdir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycana və Ermənistana təyin olunan yeni səfirlərə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərişlər verildiyinə dair bəyanatına münasibət bildirərkən deyib.
Mərkəz sədrinin sözlərinə görə, hazırda ABŞ-ın ən əsas məqsədi Ermənistanın qonşuları Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaqdır: "Ötən gün ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin də bəyanat verdi. O bildirdi ki, Amerika birmənalı şəkildə Cənubi Qafqaz dövlətlərinin dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Təbii ki, bu da çox vacib məsələdir. Amma ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik yerində olmayan adamdır. C.Uorlikin həmsədrliyə başladığı dövrdə ABŞ-ın regional siyasətində çox ciddi uğursuzluqlar baş verib. Uorlik ermənilərdən asılı adamdır. Bu şəxs Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi öz "twitter" səhifəsində məhbus adlandırdı. Ümumiyyətlə adı sadalanan Azərbaycan vətəndaşları girovdur".
M.Əhmədoğlu bildirib ki, əgər Uorlik onları məhbus adlandırırsa, bu o deməkdir ki, DQ-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı "məhkəmə"ni və onun qərarını leqitim sayır: "Əgər Riçard Millz və Erik Rubin ABŞ-ın Cənubi Qafqaz siyasətinin irəliləməsini istəyirsə, təcili surətdə Uorliki rədd etməlidirlər. Ümumiyyətlə onu bu regiondan rədd etməlidirlər və ayağı birdə bu regiona dəyməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB