"Cəbhəçiləri xəyanətkar hesab etməliydik?!" MÜNASİBƏT

Mustafa Hacıbəyli: “Bunu müsbət addım kimi dəyərləndirirəm”

"İqtidar-müxalifət dialoquna Müsavat Partiyasının qatılıb qatılmayacağı barədə müzakirə aparırıq daha sonra bu barədə mətbuta açıqlama verəcəyik". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli sabah keçiriləcək iqtidar-müxalifət dialoqu ərəfəsində AXCP-nin həmin dialoqa qatılmaq istəyən müxalifət partiyalarını xəyanətdə ittiham etməsinə münasibətini bildirərkən deyib.

Müsavat rəsmisi deyib ki, o, bu kimi dialoqlarının tərəfdarı olub və bu kimi missiyaya qatılmaqdan imtina edən digər müxalifət partiyalarının həmin qərarlarını düzgün qəbul etmir. "Ümumiyyətlə, iqtidar-müxalifət dialoqunun tərəfdarıyam-deyə bildirən Müsavat rəsmisi eyni zamanda qeyd edib ki, bir sıra müxalifət partiyalarının həmin dialoqda iştirak etməsini dəstəkləmir. Belə ki, Mustafa Hacıbəyli həmin partiyaları iqtidara işləməkdə günahlandırıb və Müsavatın həmin partiyalardan fərqli olaraq, real müxalifət siyasi təşkilatı olduğunu iddi edib: "Əslində hakimiyyətin tərəfdarı olan amma özünü müxalifətçi kimi təqdim edən siyasi partiyaların dialoqa dəvətini qənaətbəxş hesab etmirəm. Real müxalifət partiyalarının dəvətini müsbət addım kimi dəyərləndirirəm. Bəzən elə təşkilatlar da dəvət olunur ki, heç onların müxalifətçi olmasını, partiya olduğunu deməyə heç bir əsas yoxdur".

Mustafa Hacıbəyli AXCP-nin dialoqa qatılmaması ətrafında ilginc xatırlatma edib və bildirib ki, cəbhəçilər daha öncələr iqtidarla dialoqlara gedub: "AXCP-nin dialoqda iştirak edib etməməsi onların şəxsi məsələləridir. Hər bir partiya mövqeyini özü müəyyənləşdirir. Ramil Səfərovla bağlı iqtidar-müxalifət dialoqunda AXCP də iştirak etmişdi. Demək belə çıxır ki, biz müsavatçı olaraq, o zaman cəbhəçiləri xəyanətkar adlandırmalıydıq?!"

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...