Elman Məmmədov: “Kəndlərin hər ikisi tamamilə yandırıldı”

Elman Məmmədov: “Kəndlərin hər ikisi tamamilə yandırıldı”

Bu gün Şuşa inzibati rayonuna daxil olan Malıbəyli kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildildiyinin 23 ili tamam olur. Belə ki, 1992-ci ilin yanvar ayında ermənilər xarici qüvvələrin yardımı ilə Xankəndi şəhərindəki Azərbaycan xüsusi təyinatlı polis dəstəsini (XTPD) qüvvələrini ərazilərdən çıxarmağa müvəffəq olublar.

Bununla bağlı SİA-ya açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, bu hadisədən sonra erməni silahlı birləşmələri Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa çalışırdılar: "Bütün bu prosseslərlə eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum ediblər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı".

Elman Məmmədov eyni zamanda bildirib ki, məhz Azrbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli siyasəti və xalqının Ona dəstəyi sayəsində işğal olunmuş torparlarımız erməni işğalından azad olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə