Prezident yeni səfirin etimadnaməsini qəbul edib

Prezident yeni səfirin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranovun etimadnaməsini qəbul edib. Səfir Aycigit Buranov fəxri qarovul dəstəsinin qarşısından keçib.

Aycigit Buranov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğu bildirildi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmi qeyd olundu, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstanın tərəfdaş və dost ölkələr olduğu bildirildi və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olmasının önəmi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə