Elşən Musayev: “2003-cü ildən etibarən Müsavatda yarpaq tökümü başlayıb”
"Müsavat partiyasının parçalanması 2003-cü ildə İsa Qəmbərin prezident seçkilərində özünün belə gözləmədiyi fiaskoya uğramasında sonra başlayıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.
Onun sözlərinə görə, proseslər elə bir trayektoriyada irəlilədi ki, Müsavat, AXCP kimi partiyalar siyasi gedişlərin nəticəsi olaraq geriləməyə, öz siyasi potensiallarını sıfırlamağa məcbur oldular: "Bu partiyaların rəqabət gücü yoxdur. 2003-cü ildən etibarən Müsavatda yarpaq tökümü başlayıb. Hələ o dövrdə Rasim Musabəyovun partiyadan getməsi ilə başlayan proseslər bu gün Qubad İbadoğlunun gedişi ilə davam edir. Bu hadisələr hər zaman da eyni xəttlə gedəcək. Çünki Müsavatda hər zaman despot rejim olub. O partiyada hər şey İsa Qəmbərin üzərində qurulmuşdu. İsa Qəmbər başqanlıqdan getdikdən sonra Müsavat yox səviyyəsindədir. Bu gün üçün Qubad İbadoğlunu yerində başqa birisi olsaydı belə anoloji addımı atardı. Səbəb isə odur ki, zamanında bu partiyada başqanlığa namizəd ola biləcək heç bir gənc kadr hazırlanmayıb. Bu şəxsləri birləşdirən yeganə cəhət odur ki, onlar səhv idealogiyaya xidmət edirlər. Hesab edirəm ki, bu prosseslər davam edəcək, Müsavatdakı parçalanmalar labüddür. Müsavatı da AXCP-nin taleyi gözləyir. Çünki zamanında AXCP də dörd hissəyə parçalanmışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB