Səxavət Əlisoy: “Təsis konfransından sonra İsa Qəmbər danışacaq”

Səxavət Əlisoy: “Təsis konfransından sonra İsa Qəmbər danışacaq”

"İsa Qəmbərin Müsavatda baş verənlərə münasibət bildirməməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur". Bunu SİA-ya açıqlamasında "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının təşkilat komitəsinin üzvü Səxavət Əlisoy deyib.

S. Əlisoy deyib: "Qubad İbadoğlunun Müsavatdan uzaqlaşdırılmasından sonra partiyada istefalar başlayıb. Artıq Müsavatın rayon təşkilatları da buraxılır. Güman edirəm ki, təsis konfransından sonra İsa Qəmbər danışacaq. Ancaq nə danışacağının ADR hərəkatı olaraq bizə isti soyuğu yoxdur".

S. Əlisoy qeyd edib ki, ayın 15-nə qədər 30 rayonda təşkilatlanma yekunlaşacaq: "Müsavat Partiyasının rayon təşkilatlarından, o cümlədən digər müxalifət partiyalardan çoxsaylı nümayəndələr hərəkata qoşulmaq üçün bizə müraciət edib. Hansı partiyada populizm, bolşevizm xəttini qəbul etməyənlər, intellektual yola üstünlük verənlər varsa, bizə müraciət edirlər.

S. Əlisoy bildirib ki, hərəkatı fevralın 21-də təsis konfransı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə