Şahin Seyidzadə: “Gənclər sahəsində addımlar planlı şəkildə atılır” AÇIQLAMA
"Azərbaycan gənclər ölkəsidir və burada gənclərlə bağlı fəaliyyət, atılan addımlar daxili və ümumbəşəri çağırışları birləşdirir, strateji əhəmiyyət daşıyır. Verilən qərarlar və qəbul sənədlər dünyanın gündəmi ilə uzlaşır". Bunu SİA-ya Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib.
ARGTMŞ sədrinin sözlərinə görə, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı bütün bu qeyd olunanları özündə birləşdirir: "Qısa zaman kəsiyində gənclər sahəsində böyük maraqla qarşılanan Sərəncamın aliliyi, əhəmiyyəti və faydaları hərkəsə aydındır. Əlbəttə, bu bir daha göstərir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Gənclər Siyasəti bugün də uğurla davam etdirilir, yalnız "dünən"i və "bugün"ü yox "sabah"ı və "sabah"ları əhatə edir. Bu milli dəyərlər əsasında Dünya gənclər siyasətinə yönəlmiş bir strategiyadır".
Ş.Seyidzadə deyib ki, çox xoşdur ki, ölkəmizdə gənclər sahəsində atılan hər bir addım planlı, ardıcıl şəkildə baş verir və bir birini tamamlayır: "Artıq bir müddət bundan əvvəl Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramına təkliflərin qəbulunu elan etmişdi. Cənab Prezident tərəfindən imzalanan bu Sərəncam məhz bu təkliflərin istiqamətləndirir və hər dəfə yenidən tanış olarkən yeni təkliflərin verilməsinə əsas yaradır. Ölkənin ən böyük gənclər platforması kimi, Azərbaycanın ictimai siyasi həyatında mühüm əhəmiyyətə malik 112 gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) bu amillərə əsaslanan təkliflər paketi ilə çıxış etməyi planlaşdırır".
Qurum sədri əlavə edib ki, sözsüz ki, ölkənin ən böyük gənclər platforması kimi ARGTMŞ-ın təkliflərinin mərkəzində gənclər təşkilatları institutunun gücləndirilməsi durur: "Bugün, dövlətin, bələdiyyələrin, biznesin idarə edilməsi, KİV sahəsində mütəxəsislərin yetişdirilməsi üzrə müxtəlif ixtisaslar, fakültələr, kafedralar mövcuddur, amma bakalavr, magistr pillələrində QHT-lərin idarə edilməsi üzrə ixtisasların mövcud olmaması, QHT rəhbərlərinin təşkilatları intuitiv idarəetməsinə gətirib çıxarır. Bugün QHT-lərin idarə edilməsi üzrə menecerlərin yetişdirilməsi üçün sistemli işin aparılmasına ehtiyac var. Sözsüz layihələrdə, seminarlara, proqramlara paralel olaraq, təşkilatlar üçün menecerlərin yetişməsinə, təşkilatların özlərinin təkminləşdirilməsinə ehtiyac var.
Artıq ARGTMŞ tərəfindən təkliflərin Sərəncamda qeyd olunan hədəf qrupları, məqsəd və vəzifələrə müvafiq olaraq təkliflərin standart forma əsasında göndərməyə imkan yaradan onlayn platforma – www.teklif.nayora.az ünvanı istifadəyə verilib. Gənclərə təkliflərini həm fərd, həm də gənclər təşkilatlarının tərkibində göndərməyə imkan yaradan onlayn platforma vasitəsi ilə artıq bir sıra gənclər və gənclər təşkilatları təkliflərini göndərib. Bu təkiflər tərəfimizdən sistemləşdirilərək müəllif hüquqları qorunmaqla Gənclər və İdman Nazirliyinə təqdim olunacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB