XİN rəsmi açıqlama yaydı

Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlama verib.

SİA-nın məlumatına görə, XİN sözçüsü deyib ki, Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib: "Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulu Sultan Qasımov sözügedən məsələni Tomsk vilayətinin qubernatorunun aparatı və Tomsk şəhər meri Klyayn İvan Qriqoryeviç ilə müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib. Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb. Tomsk Dövlət Universitetinin rektoru Qalanjinskiy Eduard Vladimiroviç Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulu Sultan Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib və universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib".

Bütün xəbərlər Facebook səhifəmizdə