"Bu məsələ ilə bağlı olaraq bir çox mətbu orqanların nümayəndələri bizə müraciət edib və bununla bağlı olaraq, rəsmi açıqlama veriləcək". Bu sözləri SİA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Federasiyasının Tomsk Dövlət Universitetinin magistrant və aspirantlarının "Rus-erməni əməkdaşlığı" şüarı ilə keçirilən "qış məktəbi" layihəsi çərçivəsində qondarma Dağlıq Qarabağ Respublikasına səfər etməsi və qondarma respublikanın "xarici işlər naziri" ilə görüşməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı artıq müəyyən araşdırmalara başlanılıb: "Qondarma Dağlıq Qarabağ Respublikasına edilən bu səfərlə bağlı araşdırmalar aparıldıqdan sonra rəsmi açıqlama veriləcək. Məsələ ilə bağlı əvvəlcədən hər hansısa fikir söyləmək düzgün deyil. Ona görə də müəyyən dəqiqləşdirmələr apardıqdan sonra XİN-i rəsmi şəkildə məsələyə öz münasibətini bildirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB