Daha bir müsavatçı partiyadan çıxarıldı ETİRAZ

MNTK Əlövsət Sadıqlını təşkilatdan uzaqlaşdırıb
Daha bir müsavatçı partiyadan çıxarıldı ETİRAZ

Müsavat Partiyasının rəhbərliyi Qubad İbadoğlu və tərəfdarlarına qarşı təşkilatdan uzaqlaşdırma kampaniyasını davam edtirir. SİA-nın əldə etdiyi məlumatına görə, Qubad İbadoğlunun ardınca, bu dəfə partiyada fəallığı ilə seçilmiş digər müsavatçı –Əlövsət Sadıqlı Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarına görə təşkilatın sıralarından xaric edilib. Artıq sosial şəbəkədə Qubad İbadoğlu tərəfdarları başqan Arif Hacılının bu addımlarını pisləyən bəyanatlarla çıxış edirlər.

Narazı müsavatçı Xəyyam Məmməd şəxsi hesabında bununla bağlı yazıb: "Müsavat Partiyasının saxta, qeyri-legitim və avtoritar rəhbərliyininin birbaşa göstərişi ilə hərəkət edən Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası bugün partiyadaxili repressiyaların tərkib hissəsi olaraq dəyərli ziyalı, millətinə bağlı əqidəli şəxsiyyət, hər birimizin xüsusi hörmətlə yanaşdığı Əlövsət Sadıqlını Müsavat Partiyası üzvlüyündən xaric etdi.

P.S. Müsavatçılıq prinsiplərinə çoxdan tüpürmüş saxtakarlardan zatən bunu gözləyirdim".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə