Musa Qasımlı: “Azərbaycan Avropa təhlükəsizliyi sisteminin ayrılmaz bir parçasıdır” AÇIQLAMA

Musa Qasımlı: “Azərbaycan Avropa təhlükəsizliyi sisteminin ayrılmaz bir parçasıdır” AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin Münhen təhlükəsizlik konfransında iştirakı, keçirdiyi görüşlər və etdiyi nitq böyük əhəmiyyət daşıyır". Bunu SİA-ya AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, ölkə başçısının konfransda iştirakı onu göstərir ki, Azərbaycan Respublikası ümumi Avropa təhlükəsizliyi sisteminin ayrılmaz bir parçasıdır, qitənin təhlükəsizliyi ilə bağlı məsələlərlə birbaşa bağlıdır və müzakirələrin Azərbaycansız keçirilməsi bitkin olmaz: "Keçirilən ikitərəfli görüşlər Azərbaycana olan marağın artdığını, ayrı-ayrı dövlətlərin xarici siyasətində ölkəmizin özünəməxsus yer tutduğunu göstərir. Cənab Prezidentin nitqi isə həmişəki kimi, həm məzmun əhatəliliyinə, həm də məna dərinliyinə görə fərqlənirdi. Nitqdə qitənin təhlükəsizliyi üçün mövcud olan və potensial təhdidlər, onların aradan qaldırılması və qarşısının alınması yolları, bu məsələlərdə Azərbaycanın rolunun izah edilməsi müstəsna əhəmiyyət daşıyır. Bütün bunlar dünya siyasətində Azərbaycan Respublikası dövlətinin yerinin möhkəmlənməsinin, rolunun və nüfuzunun artmasının göstəricilərindən biridir" .

Qeyd edək ki, fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 51-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə