"Təkcə Con Kerri deyil həmçinin ABŞ müdafiə nazirliyinə namizəd Eşton Karter də həm Barak Obamaya, həm də ABŞ adminstrasiyasına Ukraynaya silah göndərmək ideyasını təlqin edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, bu məsələdə Avropa dövlətlərinin mövqeyi fərqlidir: "Almaniya kansleri Angela Merkel, eyni zamanda Fransa prezidenti Fransua Olland həm Kiyev danışıqlarında, həm də Moskva danışıqlarında Ukrayana silah göndərilməsinin əleyhinə olduqlarını qeyd edərək bu məsələnin gətirə biləcəyi ziyanlardan bəhs ediblər. Mənim fikrimcə əgər Ukraynaya ABŞ silah-sursat göndərərsə indiki müharibə vəziyyəti lokal formadan çıxaraq total xarakter alacaq. Belə olan halda isə, Ukrayna ilə bağlı prosseslər hərbi müstəvidə daha da dərinləşəcək, qarşıdurmanın miqyası genişlənəcək. Bu hadisələr də Avropanın özü üçün son dərəcə ciddi problemlər yaradar. Nəzərə almaq lazımdır ki, bu problemlər nüvə dövləti olan Rusiya ilə baş verir. Mənə elə gəlir ki, belə olan təqdirdə hadisələr üçüncü dünya müharibəsi həddinə qədər genişlənə bilər. Faktiki olaraq ABŞ silahlarının Ukrayana göndərilməsi bütün bu prosseslərin öz mənvərindən çıxmasına gətirib çıxara bilər. Bu halda da heç bir Avropa dövləti seyirci mövqeyində qala bilməz. Çünki bu məsələ hər bir dövlətin sərhədləri üçün böyük təhlükələr yarada bilər. Buna görə də Avropa dövlətləri ABŞ-ın bu dəsti xəttini hələ ki, müdafiə etmirlər. Çünki belə olacağı təqdirdə söhbət heç də Krımdan, Donbasdan getməyəcək və daha nəhəng müharibələrin baş vermə ehtimallarını artıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB