Elşən Musayev: “Ermənistan “blef” etməyə çalışır”

Elşən Musayev: “Ermənistan “blef” etməyə çalışır”

"Ümumiyyətlə, indiki şəraitdə Ermənistanda Dağlıq Qarabağ fonunda verilən bütün açıqlamalarda ciddilikdən söhbət gedə bilməz". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Musayev Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunsun Ermənistan rəhbərliyinin Gürcüstana silah-sursat satması ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Artur Sakunsun bu çıxışı tam əsassızdır: "Ermənistanın əgər silah-sursatı olsaydı onu çoxdan Azərbaycana qarşı səfərbər edərdi. Hazırki dövrdə Ermənistanın Rusiya ilə əlaqələri zəifləyib, qərb dünyasının fəaliyyəti istiqaməti isə tamam fərqli tərəflərə yönəlib və belə bir şəraitdə Ermənistan yenə də öz xislətindən əl çəkməyərək Azərbaycana qarşı təxribat xarakterli addımlar atmağa cəhd göstərir. Belə olan təqdirdə onlar lobbilərinin səyi ilə istənilən beynəlxalq təşkilatdan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Məsələ burasındadır ki, Ermənistan çox acınacaqlı bir durumdadır və hətta onların öz hərbi bazalarında belə silah çatışmazlığı mövcuddur. Belə olan təqdirdə Ermənistanın digər bir ölkəyə silah-sursat satması heç də real görünmür. Sarkisyanın bu gün ən böyük ümidi cəbhə xəttində vəziyyəti gərginləşdirərək Qərbin və Rusiyanın diqqətindən yayınmaqdır. Ancaq bütün hallarda Artur Sakunsun bu açıqlamasının real tərəflərinə də baxmaq lazımdır. Ermənistan bu gün "blef" etməyə çalışır, yəni əlində olan bütün imkanlardan istifadə edərək Dağlıq Qarabağ məsələsində özünə siyasi don geyindirmək istəyir. Bu millət ən alçaq əməllərə belə ataraq Azərbaycana zərər vurmağa çalışır. Görünən odur ki, artıq Ermənistan birbaşa yox dolayı yollarla, qonşuluğunda olan üçüncü bir dövlət vasitəsilə də Azərbaycana zərbə vurmağa səy göstərir. Ancaq istənilən halda bu cür təxribatçı fəaliyyətlərin qarşısı Azərbaycan tərəfindən inamla alınır. Azərbaycanın bu gün bütün dünyada sayılıb-seçilən ordusu var. Mən tam əminəm ki, nə yolla olur olsun Azərbaycan çox tez bir zamanda öz işğal edilmiş torpaqlarını geri qaytaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə