Sahibə Qafarova: “Azərbaycanın ailə modeli unikaldır”

Sahibə Qafarova: “Azərbaycanın ailə modeli unikaldır”

"Ailə institutunun sosioloji, kulturoloji və psixoloji məqamları, onun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu bu gün bütün dünyada müzakirə olunan başlıca məsələlərdən biridir. Hər bir cəmiyyətin milli sütnu qismində çıxış edən, dövlətin kiçik modeli olan ailə institutunun əsaslarının qorunub saxlanmasında, şübhəsiz, çoxsaylı faktorlar rol oynayır. Bu, bütün bəşəriyyət üçün aktualdır və heç də təsadüfi deyil ki, XXI ərsdə sosiaoloji tədqiqatların mərkəzində məhz bu institutla bağlı olan məsələ və məqamlar əsas yer tutur". Bu fikirləri bu gün keçirilən "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" adlı konfransda iştirak edən millət vəkili, Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi alt komitəsinin sədri Sahibə Qafarova söyləyib.

Onun sözlərinə görə, sağlam ailə modelinin formalaşmasında nəzərə alınan mühüm məqamlardan biri də dini stereotiplər məsələsidir: "Din özü mənəvi dəyərlərin ehtiva olunduğu institut səciyyəsi daşıdığına və insanların şüuruna ciddi təsirə malik olduğu üçün ailənin formalaşması və qorunmasında əhəmiyyətli amil kimi qəbul edilir. Bütün bəşəri və səmavi dinlərdə ailə institutu insanların kollektiv birgəyaşayış modeli kimi xarakterizə olunur. Buna görə də sosioloji nəzəriyyələrdə din təlimində ailə institutunun yeri və rolu məsələsi xüsusi yer tutur. Dini stereotiplərdə ailənin mahiyyəti, yeri və rolundan bəhs edərkən dini mülahizələrdən çox ailənin sosioloji məzmununa nəzər yetirmək lazımdır, çünki bütün səmavi dinlərdə ailə institutuna yanaşma məhz sosial dəyərlər və ənənələr fonunda təşəkkül tapəb. İslam dini ailənin sağlamlığına böyük əhəmiyyət və qiymət verir. Heç də təsadüfi deyil ki, müqəddəs kitabımızda bir neçə ayədə məhs bu məsələ əz əksini tapır, ailə qurmağın vacibliyi ifadə olunur. Bu kontekstdə qeyd etmək lazımdır ki, ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıca- mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünətəsdiqin vacib amilidir".

Sahibə Qafarova vurğulayıb ki, ailədə mövcud olan insani dəyərlər, inanclar, ideallar gələcək şəxsiyyəti, onun həyatda yerini və davranışını formalaşdırır: "Ailə gələcək vətəndaşın sosiallaşmasını təmin edən ilk və ən önəmli qaynaqdır. Digər tərəfdən, hər bir ailə özlüyündə unikaldır, ümumi mədəni sfera, müəyyən xalq-təfəkkür tərzi - dövlət çərçivəsində özünəməxsus mədəni mühitini yaradır. Cəmiyyətin, tarixi yaddaşın daşıyıcısı olan ailə dünyanın hər yerində sarsılmaz, əbədi dəyər sayılır. Zəngin ənənələrə malik Azərbaycan ailəsi də istisna təşkil etmir. Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Xüsusilə önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir. Yəni buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və s. kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Cəmiyyətin özəyini təşkil edən ailə məsələsi də digər dəyərlər kimi hücumlardan qoruna bilməyib. Lakin İslam dünyasında ailə elə möhkəm əsaslar üzərində qurulmuşdur ki, heç bir amil onu sarsılda bilməz. Əslində, ailə İslamı qərbə tanıtdırmaq üçün ən yaxşı vasitədir. Əgər günümüzdə qərblilər cəmiyyətlərində mövcud olan məlum problemlərlə yanaşı ən ali ictimai və əxlaqi yüksəlişdə olmalarını idiia edirlərsə, islami ailə malik olduğu ideallar, standartlar və meyarlara əsasən onlardan daha çox üstün pillədə qərar tutur. Ailə insan yarandığı gündən meydana gəlmiş və məlum insan nəsli həmin birliyin nəticəsidir. Buna görə də İslam dinində ailə xüsusi əhəmiyyətə malikdir və cəmiyyətin əsasını təşkil edir. Buna əsaəsn sağlam ailə sağlam cəmiyyətə bərabərdir. Ailə insan mədəniyyəti və sivilizasiyası tarixində ən mühüm və əsaslı mərkəzdir. Bu təsisat insanın şəxsiyyət və ehtiramının, ruhi və fiziki sağlamlığının qorunması üçün düzgün qurulmalıdır. Cəmiyyətin davamı, insanların sağlam mühitdə yaşaması üçün ailə həyatının davamı zəruridir. Məhz bütün bu məqamlar dini mənbələrdə də bu və ya digər şəkildə təsbit edilmişdir. Bu gün bəziləri ya bilməyərəkdən, ya da məqsədli şəkildə müqəddəs dinimizə xələl gətirən ziyanlı təbliğatla məşğuldur. Bu sırada islam təəssübkeşliyi ilə dini fanatizmi, islam əxlaqi və dəyərləri ilə xürafatı məqsədli şəkildə eyni normalar kimi təqdim etmək cəhdlərinə rast gəlirik. Məsələn, bu gün azyaşlı uşaqların erkən nigaza cəlb olunması, onların təhsil prosesindən uzaqlaşdırılaraq istismarına rəvac verilməsi, təhsildən qoparılması kimi məsələləri islamın tələbləri kimi təqdim etmək cəhdləri əlbəttə ki, yolverilməzdir. İslam insanı elmli olmağa, təhsil almağa çağırır. Ya da dini kəbin kimi hallarla rastlaşırıq. Yalnız dini kəbin bağlanması, qanuni vətəndaş nikahına girilməməsi vətəndaşı, xüsusilə qadınları bütün qanuni hüquqlarından məhrum edir. Sabah bu ailə hər hansı səbəbdən dağılacaqsa qadının bütün hüquq və iddialarından məhrum olmasına gətirib çıxarır. Təhsil işçisi, eyni zamanda, bir ana kimi mən bu problemlərin həllini vacib sayır, bunun üçün isə maarifləndirmənin çox böyük əhəmiyyət daşıdığını, bu kimi məsələlər qarşı birgə mübarizənin vacibliyini qeyd edirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə