"Ümumiyyətlə bu məsələ 2-3 ay idiki aktual idi. İlk dəfə qanunvericiliyinin bu bəndinə dəyişiklik edilməsi təşəbbüsü ortalığa çıxanda geniş müzakirə olundu". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli Prezident İlham Əliyev tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun təsdiq edilməsinə münasibət bildirərkən deyib.
Sədr müavinin sözlərinə görə, istər Azərbaycanın ayrı-ayrı jurnalist təşkilatları, istərsə də Mətbuat Şurası geniş şərh verdi ki, "Kütləvi informasiya vasitələri haqqında" Qanunun bəndlərinə dəyişikliklərin edilməsi zərurətdən irəli gələn bir məsələdir: "Zərurətdə ondan ibarətdir ki, Azərbaycanda KİV-lərin sayı kifayət qədər çoxalır. Artıq 5 mindən yuxarı KİV öz fəaliyyətini elan edib və qeydiyyatdan keçib. Bundan əlavə artıq yüzlərlə, minlərlə internet media qurumu ortaya çıxıb. Bunların fəaliyyətinin tənzimlənməsində isə problemlər var. Burada onlar nə medianın etik prinsiplərinə, nə də digər qanunvericilik aktlarına məhəl qoymurlar. Hesab edirik ki, bu sahədə bir ölçü götürülməsinə ehtiyac var. Hətta MŞ-da onların etik prinsipləri pozmaları haqqında dəfələrlə qərar çıxarılıb. Bu mənada düşünürəm ki, cənab İlham Əliyev tərəfindən atılan addım yerində və düzgün bir qərardır".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Qanunu təsdiq edib. Belə ki, Qanunda Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər edilib. "Kütləvi informasiya vasitələri haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, hər hansı bir KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edilərsə, onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB