Tahir Kərimli: “Müsavatda parçalanma labüd idi”

Tahir Kərimli: “Müsavatda parçalanma labüd idi”

"Müsavat başqanı Arif Hacılı yox, Qubad İbadoğlu seçilsəydi belə, partiyada parçalanma labüd idi". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Partiya sədri qeyd edib ki, müsavatdan ayrılanlar qurultaydan bəhanə kimi istifadə ediblər: "Müsavatdan istefa verənlərin çoxu qurultaydan istifadə edərək, bu addımı atdılar. Yəni, onlar partiyadan uzaqlaşmaq üçün qurultayı bəhanə etdilər".

"İndiki vəziyyətdə daima İsa Qəmbərin yanında olan, onun sirlərinə bələd olan Arif Hacılının başqan seçilməsi onu razı salır. Ona görə də düşünür ki, Arif Hacılı başqan postunda qalmalıdır. Eyni zamanda Arif Hacılı İsa Qəmbərə o qədər sadiqdir ki, yenidən İsa Qəmbər başqanlığa namizəd olsa, onu müdafiə edə bilər" – deyə, T. Kərimli bildirib.

T. Kərimli hesab edir ki, Arif Hacılı bütün təzyiqlərə baxmayaraq, başqanlıqdan getməyəcək: "Çünki, artıq Arif Hacılı öz adamlarını partiyanın müxtəlif postlarında yerləşdirib. Ancaq, nəzəri bir şəkildə düşünsək ki, Arif Hacılı istefa verir, bu zaman da başqan Qubad İbadoğlu olmayacaq. Düşünürəm ki, o zaman İsa Qəmbərin yenidən başqan postuna qayıtma məsələsi gündəmə gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə