"Yeni Azərbaycan Partiyası hər bir seçkiyə çox yüksək səviyyədə hazırlaşır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədr müavini, millət vəkili Rauf Əliyev YAP-ın bu il ölkəmizdə keçiriləcək Parlament seçkilərinə necə hazırlaşması ilə bağlı fikirlərini bildirərkən deyib.
Deputatın sözlərinə görə, Parlament seçkilərinə YAP-ın hər bir namizədi məsuliyyətlə yanaşır: "Bu yaxınlarda Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov öz çıxışında da söylədi ki, bu dəfə seçkilər öncəsi hakim Partiyanın namizədləri nəzarətdən keçirildikdən sonra irəli sürüləcək. Bu o deməkdir ki, bu beş il ərzində millət vəkili hansı işləri görüb və seçicilərinə hansı tövsiyyələri verib. İkinci amil isə onun Azərbaycan Milli Məclisində necə iştirak etməsi ilə bağlıdır və s. Hesab edirəm ki, əsas kriteyalar bundan ibarətdir. Yəqin ki, YAP rəhbərliyi də bu kriteyaları əsas götürərək namizədlərini seçəcək və ondan sonra həmin namizədləri irəli sürəcək. Sözün həqiqi mənasında bugünkü həyatımızda elə bir iş qurmaq lazımdır ki, müxtəlif Nazirliklərə, komitələrə, yuxarı təşkilatlara müraciətlər və sorğular olsun. Millət vəkilinin işi bundan ibarətdir və bunu da etməlidir. Hesab edirəm ki, bu səpkidə də həmin iş gedəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB