Elçin Mirzəbəyli: “Qondarma erməni soyqırımı biznes mövzusuna çevrilib”
"Sarkisyanla erməni diasporası arasındakı ixtilaf xeyli zamandır mövcuddur. Bu münasibətlərin kəskinləşməsinin əsas səbəbi isə Ermənistanın Avropa ittifaqı ilə assosiativ sazişlə bağlı apardığı danışıqlardan sonra bu sazişi imzalamaqdan imtina etməsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, erməni diasporasının ən nüfuzlu hissəsi məhz qərb dövlətlərində qərarlaşıblar. Qərb dövlətləri də nəyin bahasına olursa olsun, Ermənistanı Rusiyadan qopartmağa çalışırlar: "İndiki şərtlər altında Sarkisyanın Rusiyaya daha çox bağlanması, forpost Ermənistanı Rusiyanın nəzarətindən çıxartmaq imkanının olmaması son nəticədə bu münasibətlərin kəskinləşməsinə yol açdı. Hər iki tərəf indiki şəraitdə rəqib kimi çıxış edirlər. Prinsip etibarı ilə qondarma erməni soyqırımı faktından həm erməni diasporası, həm də Ermənistan rəhbərliyi öz maraqları üçün istifadə edir. Bu, bir növ biznes rəqabətinə bənzəyir. Çünki qondarma soyqırımı xeyli müddətdir ki, həm erməni diasporası, həm də Sarkisyan rejimi üçün biznes mövzusuna çevrilib və onlar bu adda alver edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB