Üzeyir Cəfərov: “Gərginliyin əsas səbəbkarı Ermənistan dövləti və onun rəhbərliyidir” AÇIQLAMA
"Nə qədər ki bu konflikt öz həllini tapmayıb, cəbhədə gərgin vəziyyət hökm sürəcək". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov cəbhədə hökm sürən hazırki gərgin vəziyyətə münasibət bildirərkən deyib.
Müstəqil hərbi ekspertin sözlərinə görə, təmas xəttindəki gərgin vəziyyətin əsas səbəbkarı Ermənistan dövləti və onun rəhbərliyidir: "Bu gün rəsmi İrəvanın daxilində vəziyyət çox pisdir, amma onlar hər vəchlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. Onlar bir növ Azərbaycanı təxribata sürükləyirlər. Heç kimə sirr deyil ki, onlar təmas xəttində təcavüzkar və təxribatçı əməllərini davam etdirirlər. İşğalçı ölkə nəinki avtomat və plemyotlardan, eləcə də ağır mina atan, qumbara atanlardan istifadə edir. Amma Ali Baş Komandan, cənab İlham Əliyev Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatı mərasimində söylədi ki, Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB