Anar İsgəndərov: “Bu, ilk növbədə diqqəti cümhuriyyət tariximizə cəlb edir”

Anar İsgəndərov: “Bu, ilk növbədə diqqəti cümhuriyyət tariximizə cəlb edir”

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidə kompleksinin yaradılması ilə bağlı prezidentin sərəncamı var və buna uyğun olaraq onlara abidə kompleksləri qoyulacaq". Bu sözləri SİA-ya tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

A. İsgəndərov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidə kompleksinin yaradılması tariximizə verdiyimiz yüksək qiymət kimi dəyərləndirilməlidir: "Onlara abidə qoyulursa, bu ilk növbədə diqqəti cümhuriyyət tariximizə cəlb edir. Eyni zamanda cümhuriyyətin qurucularına qoyulan abidə kompleksi göstərir ki, onların hər biri Azərbaycanın tarixində xidmətləri olan tarixi şəxsiyyətlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə