"Müsavat Partiyasından hər hansı bir məsələ ilə əlaqədar istefa verən üzvü qınamaq səlahiyyətinə malik deyilik. Məmməd bəyin istefa xəbəri hər birimiz üçün üzücüdür. İstənilən partiyada uzun illər təmsil olunan şəxs istefa versə, bu, itki hesab edilə bilər". Bu fikirləri SİA-ya Müsavat funksioneri Tural Abbaslı partiyanın digər tanınmış funksioneri Məmməd Zeynallının istefaya getməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.
Tural Abbaslı bu kimi istefaların baş verməməsi üçün rəhbərliyin önləyici tədbirlər almalı olduğunu bildirib: "Həyatını partiyaya həsr edən insanlar heç vaxt qərar verərkən məsələyə emosional yanaşmırlar. Partiyadan imtina etmək bu insanlara heç də asan başa gəlmir. Rəhbərlik bu cür halların yaşanmaması üçün ölçülü-biçili addımlar atmalıdır. Hər bir siyasi partiyanın cəmiyyət qarşısına çıxardığı vitrin var. Bu günə kimi istefa verən insanların hər biri istər cəmiyyətdə, istərsə də siyasi arenada öz sözünü deyənlərdir. Əgər onlar istefalarına səbəb Müsavatın bugünki vəziyyətini əsas göstərirlərsə, demək partiya rəhbərliyi bunun üzərində düşünməlidir".
"Biz harada və hansı addımda səhv etdiyimizi anlamalıyıq" -deyə qeyd edən Tural Abbaslı həmçinin bildirib ki, Divanın son qərarı da daxil olmaqla, bütün həyata keçirilən addımlar cəmiyyət tərəfindən müzakirə olunur: "Bizim kimi düşünməyən, bizdən deyil siyasəti yalnışdır. Bu baxımdan, rəhbərliyi tez bir zamanda nəticə çıxarmağa səsləyirəm. Əks təqdirdə Müsavat Partiyası xeyli zəifləyəcək və siyasi proseslərə təsir imkanını itirəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB